"Şən və Hazırcavablar Klubu" (KVN) proqramının rejissoru və KVN-in keçmiş rəhbəri, mərhum Aleksandr Maslyakovun arvadı Svetlana Maslyakova vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə KVN-dən məlumat verilib.
Qeyd olunub ki, o, 78 yaşında dünyasını dəyişib.
S.Maslyakova həyat yoldaşı Aleksandr Maslyakovla birlikdə ölkənin əsas yumoristik liqasını yaradıb.
Xatırladaq ki, Aleksandr Maslyakov 8 sentyabr 2024-cü ildə vəfat edib.
Qaynar xətt:
(055) 224 12 12