Türkiyənin məşhur "MaNga" qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib.
"MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl Oxu.Az-ın sualını cavablandırarkən Alim Qasımovla duet oxumaq istədiklərini deyib.
Azxeber.com-un verdiyi məlumata görə, Alim Qasımov təklifə müsbət yanaşdığını vurğulayıb:
"Təklif gəlsə, dəyərləndirərəm. Heç bir problem yoxdur. Amma mövzuya, sözlərə və musiqiyə baxmaq lazımdır".
Qeyd edək ki, dünən "MaNga" qrupun Bakı Konqres Mərkəzində konserti baş tutub.