Stilist Anar Ağakişiyevə şir balası hədiyyə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a danışan stilist ona hədiyyə edilən şirin qiymətini açıqlayıb.
“Yeni salon açdım. Bu münasibətlə dostlarım mənə şir hədiyyə etdi. Şirin qiyməti hardasa 10-15 min dollar arasındadır”,-deyə o, bildirib.
Anar Ağakişiyev şiri saxlayıb-saxlamayacağı ilə bağlı hələ qərar vermədiyini deyib:
“Əslində şiri heç bir problem olmadan da saxlamaq mümkündür. Ya açıb buraxacağam, ya da zooparka bağışlayacağam”.
A.S.
www.oxu.az