ARB TV-də yayımlanan “Qız ana kimi” realiti şousunda qızlarla anaların qalmaqalları bütün sərhədləri aşıb.
Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, verilişin növbəti buraxılışında yarış iştirakçılarını qonaq edən Xanım adlı gəlin nəinki iştirakçılara, heç qayınanasına belə hörmət etməyib. Belə ki, qonaqlara “xoş gəlmisiniz” belə deməyə tənbəllik edən gəlin, qayınanası Rəna xanımın qəzəbinə tuş gəlib. Gəlini ilə münasibətləri heç də yaxşı olmayan qayınana ona etiraz edərək verilişi tərk edib.
Gənc qızın valideynlərlə bu cür davranışı izləyicilər tərəfindən də birmənalı qarşılanmayıb.
Verilişdən sözügedən kadrları təqdim edirik:
A.S.
www.oxu.az