Arnold Şvartseneggerin baş rolda çəkildiyi "Netflix"in "Fubar" serialı ikinci mövsümdən sonra ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Məlumata görə, serial 2023-cü ildəki ilk mövsümdə hitə çevrilsə də, ikinci mövsümdə uğursuzluğa düçar olub.
Layihənin ssenari müəllifi, şoumen və icraçı prodüseri Nik Santoradır.
"Fubar" ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində işlədiklərini illərdir bir-birlərindən gizlədən ata Luka və qızı Emmanın hekayəsindən bəhs edir.