Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avraam Russonu qaçırmaqda şübhəli bilinən şəxs həbsdən buraxılıb
Rusiyada müğənni Avraam Russonun oğurlanması ilə bağlı məhkəmə prosesi təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, şübhəli şəxs Vladimir Şestopalov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyi, vəkili isə məhkəməyə gəlmədiyi üçün azadlığa buraxılıb.
Şestopalov federal axtarışa verildikdən təxminən altı il sonra, sentyabrın əvvəlində həbs edilib. İş üzrə digər təqsirləndirilən şəxslər artıq məhkum olunublar: Zaur Mərdanov yeddi il, Elyar Dəmirov beş il, Vladimir Qusakov isə altı il müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan əlavə, məlum olub ki, müğənni Avraam Russo onu oğurlamaqda təqsirləndirilən Vladimir Şestopalova qarşı mənəvi ziyana görə 1 milyon rubl tələb edəcək. Bu barədə müğənninin vəkili Andrey Alyoşkin TASS-ın müxbirinə bildirib.
Rəylər