Müğənni Avrora Kiba və Qriqori Lepsin dekabr ayında ayrıldıqları barədə dostları məlumat veriblər.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki cütlük uzun müddət ayrılıqlarını gizli saxlayıb, pərəstişkarları isə yalnız indi öyrəniblər.
"Dekabrda Avrora və Qriqori ayrılıblar, sadəcə bunu açıqlamayıblar. Həmin ay Avrora artıq klublara çıxmağa başlamışdı", - deyə dostları bildiriblər.
Dostların sözlərinə görə, səbəb Avroranın 30 yaşlı milyoner Vlad Dubrovski ilə müvəqqəti, yalnız ünsiyyət əsasında münasibət qurması olub.
Avrora sosial şəbəkədə qara-ağ foto paylaşaraq artıq tək olduğunu qeyd edib. Qriqori Leps isə hələ mövzuya münasibət bildirməyib.