Məlumat verdiyimiz kimi, əməkdar artist Zakir Əliyev ötən gün doğum gününü qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə paylaşdığı təbrik yazısında qeyd edib.
“Sevindirici hal odur ki, böyük ifaçı yubileyi ərəfəsində dövlət başçımız cənab İlham Əliyev tərəfindən yüksək dövlət statusu - əməkdar artist fəxri adı ilə təltif olundu. O gün olsun ki, “Heydər Əliyev” ordeninə layiq görülsün. Çünki Zakir Əliyevin misilsiz ifaçılığı və xalqının musiqisinə hələ körpə yaşlarından təmənnasız, yorulmaz xidməti onu bu zirvəyə aparır.
Zakir Əliyev Azərbaycan kişisinin bariz nümunələrindəndir. Reklam, var-dövlət xətrinə Zakir müəllim daşıdığı sənət adına heç zaman xələl gətirmədi, yalnız xalqının imicini, adını, sənətini düşündü. Onun sənət ustadları Şövkət xanım Ələkbərova, Arif Babayev onunla hər zaman fəxr etdilər.
Zakir Əliyev hələ körpə yaşında ikən böyük Üzeyir Hacıbəyovun 100 illik yubileyində Moskvada - Böyük Teatr səhnəsində “Leyli və Məcnun” əsərini oxumaq və yüksək alqışlar şərəfinə nail oldu. Zakir Əliyev ulu öndər Heydər Əliyevin 1980-ci ildə imzası ilə açılmış sinfin qaliblərindəndir.
Əvəzolunmaz ustad sənətkar və mənim ustadım Şövkət xanımın Zakir Əliyevin ünvanına dediyi “Zakir oxuyur, elə bilirəm Zülfü oxuyur. Zakir bala Zülfüdür” kəlmələri hələ də xatirimdən getməyib.
Zakir Əliyev hələ körpə yaşlarından əsl sənətkar ifaçı idi. Bu gün də yüksək sənət göstəricisi ilə musiqimizə xidmət edir. Allahdan ona can sağlığı, uzun ömür arzu edirəm.
Mən Zakir müəllimlə və digər uşaqlıq dostlarımla həmişə fəxr etmişəm, edirəm də. Allah onları mənə və xalqımıza çox görməsin. Doğum günün mübarək, əziz və əvəzolunmaz dost!”.
Doğum günündən olan fotoları təqdim edirik: