Xalq artisti Aygün Kazımova “Coffee from columbia” adlı albomu çıxar-çıxmaz dərhal digər albom hazırlıqlarına başlayıb.
Oxu.Az ATV kanalında yayımlanan “10lar” verilişinə istinadla xəbər verir ki, yeni albom üçün xanım Kazımova imicində növbəti dəfə dəyişiklik edib. O, yeni fotosessiya və single üzərində çalışır.
Müğənni qeyd edib ki, Mustafa Ceceli ilə yeni mahnısının hansı olacağına artıq qərar verilib. Eyni zamanda, Aygün xanımın “Azərbaycan” adlı mahnısını da M.Ceceli yeni versiyada aranjiman edib.
Qeyd edək ki, sözügedən mahnının sözləri Cəlal Qurbanova, musiqisi Hikmət Mirməmmədliyə aiddir. Mahnı yaxın günlərdə yeni aranjimanda təqdim ediləcək.
Aytən Sadıqzadə
www.oxu.az