Türkiyənin tanınmış arabesk müğənnisi Gökhan Güneyin oğlu Səlim Güney vəfat edib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, uzun zamandır mədə xərçəngindən əziyyət çəkən 40 yaşlı S.Güney xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, bir neçə il əvvəl Gökhan Güney Azərbaycanın “Xəzər” televiziyasında aparıcı Günay Novruzqızı ilə bərabər “Gökhan Güney Şou” verilişini aparırdı.
Aytən Sadıqzadə
www.oxu.az