Gələn il Litvada keçriləcək “Miss Fashion Beauty Universal 2016” beynəlxalq model müsabiqəsində ölkəmiz ilk dəfə təmsil olunacaq.

Bu haqda Oxu.Az–a məlumatı tanınmış təşkilatçı Aqil Məmiyev verib.

Onun sözlərinə görə, adıçəkilən müsabiqəsində ölkəmizi 17 yaşlı model Zəhra Qaraxanova təmsil edəcək.

Hal-hazırda “High Life Fashion & Model Academy”də dərs alan model ölkəmizə birincilik gətirmək arzusundadır.


Zəhra eyni zamanda oktyabr ayının 31-də keçrilən “İlin Favoriti” mükafatlandırılma mərasimində “İlin modeli” tituluna layiq görülüb.


Ölkəmizdə keçrilən “Most Fashionable Awards” namizədlərindən biridir. Modelin boyu 176 sm-dir.



Xatırladaq ki, müsabiqənin 2015-ci ildə qalibi litvalı Viktoriya Qaziyeva olub.


Aytən Sadıqzadə
www.oxu.az