Kişilər arasında keçirilən dünyanın ən məşhur model müsabiqəsi olan “Mister İnternational” yarışmasınının Azərbaycan təmsilçisi məlum olub.
Bu haqda Oxu.Az-a məlumatı World Beauty Congress-in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev verib.
Təşkilatçı açıqlamasına bildirib ki, kastinqin nəticələrinə görə Azərbaycan üzrə təşkilatı komitənin birgə rəyinə əsasən qalib Nihad Quliyev seçilib:
“Təmsilçimiz noyabrın əvvəlində Fillipinin paytaxtı Manila şəhərində yarışmada iştirak etmək üçün yola düşəcək. Uğurlar arzulayırıq. Artıq təmsilçimiz yarış üçün hazırlıqlara başlayıb.
Nihad Quliyevin boyu 190 sm, yaşı 24-dür. Nihad Azərbaycan Dövlət İqtisad Universitetinin 2012-ci il məzunudur”.
Nəzərinizə çatdıraq ki, “Mister İnternational 2014”in Azərbaycan təmsilçisi Əli Zahirli keçən il Cənubi Koreyanın paytaxtı Seul şəhərində ölkəmizi təmsil edərək “Best National Costume” mükafatına layiq görülmüşdü.
Xatırladaq ki, yarışmanın beynəlxalq direktoru “World Beauty Congress”in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.
Aytən Sadıqzadə
www.oxu.az