Məşhur aparıcı Vüsalə Əlizadə İranın paytaxtı Tehran şəhərinə yollanıb.
Oxu.Az xəbər verir ki, teleaparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb.
O, xəstəxanalardan birində qeysəriyyə əməliyyatında iştirak edib.
“Sevimli doktorum, sizdən öyrənməli hələ çox şey var”, - deyə V.Əlizadə yazıb.
Qeyd edək ki, son zamanlar teleaparıcı İranda yerləşən xətəxanalardan birində həyata keçirilən doğuş proseslərində iştirak edir və iranlı həkimdən bununla bağlı təcrübə keçdiyini vurğulayır.
A.S.
www.oxu.az