“Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin final mərhələsinin iştirakçıları Ramal Həşimli və Cəmilə Əmirova birlikdə yeni fotosessiya təqdim ediblər.
Oxu.Az müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, R.Həşimli yarışmada “I Vice Mister Azerbaijan – 2017”, C.Əmirova isə “Miss Press - 2017” titulunu qazanıb.
Xatırladaq ki, “Miss & Mister Azerbaijan - 2017”-nin qalibləri Raziyyat Əliyeva və Əli Hüseynov olub.
A.S.
www.oxu.az