Beynəlxalq layihələrdə Efendi adı ilə təqdim olunan azərbaycanlı müğənni Samirə Əfəndiyeva Qazaxıstanda təşkil olunan “Silk Way Star – 2017” musiqi yarışmasına qatılıb. Müğənni “Sarı gəlin” Azərbaycan xalq mahnısını yeni aranjimanda və özünməxsus tərzdə ifa edib.
Oxu.Az xəbər verir ki, layihənin məqsədi Böyük İpək Yolunun birləşdirdiyi xalqların musiqisi vasitəsilə türkdilli ölkələrin mədəniyyət və ənənələrinin inkişafına kömək etməkdir.
Bir neçə ay ərzində doqquz ölkə - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Azərbaycan, Gürcüstan, Tatarıstan və Başqırdıstandan olan müğənnilər yarışmada iştirak edəcək.
A.S.
www.oxu.az