Azəri Günelin “Onlar” verilişində tac taxması xalq artisti İlhamə Quliyevanı qəzəbləndirib.
Oxu.Az xəbər verir ki, ifaçı bu haqda “Onlar”a açıqlama verib:
“İlhamə xanım məndən inciyib. Atama deyib ki, mən sadəcə primadonnayam.Mənim heç kimin taxt-tacında gözüm yoxdur. Mənim sizə hörmətim böyükdür. Bunu sadəcə şou-biznes xatirinə etmişdim. Mənim titula ehtiyacım yoxdur. “Azəri qızı Günel” adı mənə yetərlidir”.