ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan Əməkdar artist Bəhram Bağırzadə maraqlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, aktyor KVN-lə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib.
“O səhnəni Anar düşünmüşdü. Ümumi fikr olsa da, Anarın həyatı idi. Onun fikirlərini mən səsləndirirdim. Orada təkcə “Ay Allah, sənə qurban olum”u özümdən əlavə etmişdim. Düşündüm ki, o mətni söyləyən sonuncu aktyoram. Məndən sonra KVN bağlanır. Artıq Moskvada heç vaxt çıxış etməyəcəyik. Bildirmək istəyirdim ki, mən müsəlmanam. Orada rus dilində danışırdım. Amma öz ana dilimdə də sözlərdən istifadə etdim. Nə qədər rusdilli olsam da, öz dilimizdə düşünürəm. Allah atama rəhmət eləsin, anama cansağlığı versin. Oturub orada baxırdılar. Bəlkə də sevinirdilər ki, onların zəhmətini yerə vurmadım. Mən də istərəm ki, gələcəkdə mən də o hissləri keçirim. Oğlum o hisslərimi qaytara bilsin”, - deyə o bildirib.
A.S.
www.oxu.az