Avqustun sonlarında MDB-də populyar olan R`n`B ifaçısı Byankanın Azərbaycanın paytaxtında konserti baş tutacaq.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, avqustun 25-də Jumeirah Bilgah Beach Hotel-də yerləşən Equinox Beach Club-da rus xalq R’n’B-nin kraliçası Byankanın konserti keçiriləcək. Konsertin təşkilatçıları qismində KKM Production və OKTO Production çıxış edir.
Bakıda Byanka öz hitlərinin, həmçinin yeni mahnılarının daxil olduğu konsert proqramı ilə çıxış edəcək.
Byankanın konsertinə biletlərin qiyməti və onların satışa çıxarılacağı vaxt ən yaxın vaxtlarda açıqlanacaq. 


