1967-ci ildə çəkilən "Agent 007" filmində Ceyms Bondun sevgilisi obrazını canlandıran almaniyalı aktrisa Karin Dor vəfat edib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, 79 yaşında Münhendəki qocalar evində dünyasını dəyişib. Aktrisa ötən il küçədə yıxılaraq boynunu zədələmiş və səhhətində ciddi problemlər yaranmışdı.
Karin Dor 1967-ci ildə Şon Konneri ilə birlikdə çəkildiyi "İki dəfə yaşayırsan" filmi ilə məşhurlaşıb. Karyerası boyunca "Mən o qızı yaxşı tanıyırdım", "Vinnetu-İnçu Çunun oğlu", "Nibelunqlar: Krimxildanın qisası" və b. filmlərdə rol alıb.
A.S.
www.oxu.az