Britaniyanın Moda Şurası Cici Hədidi (Gigi Hadid) ilin modeli elan edib.
Amerikalı xanıma müvafiq mükafat Londonda “The Fashion Award 2016” tədbirində təqdim edilib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilir ki, 21 yaşlı model mükafatı alarkən kövrəlib. O, təşəkkür nitqini söyləyərkən göz yaşlarını güclə saxlayıb. Hədid ona tədris keçən hər kəsə təşəkkür edib və moda industriyasının tərkib hissəsi olduğu üçün xoşbəxt olduğunu bildirib.
Bu nominasiyada Cici dörd rəqib modeli: Advoa Aboa, Lineyso Montero, ən yaxın rəfiqəsi Kendall Cenner və doğma bacısı Bella Hədidi geridə qoyub.
2015-ci ildə ilin modeli Anna Evers olmuşdu.
A.S.
www.oxu.az