Müğənni Çingiz Mustafayev “Ukraynanın səsi” (“Голос країни”) yarışmasına qatılıb.
Oxu.Az xəbər verir ki, müsabiqənin yeni mövsümünün anonsunda həmyerlimiz də yer alıb. Veriliş fevralın 28-də Ukraynanın “1+1” telekanalında yayımlanacaq. Münsiflər heyətində Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk və Aleksey Potapenko əyləşirlər.
Xatırladırıq ki, Çingiz Mustafayev ATV-də təqdim olunmuş “Yeni ulduz-7” mahnı müsabiqəsinin qalibi olub.
Məlumat üçün bildirək ki, “Ukraynanın səsi”yarışmasının keçmiş mövsümlərinə azərbaycanlı ifaçılardan Dilarə Kazımova, Vaqif Nağıyev, Emin Səmədli də qatılıblar.
Aytən Sadıqzadə
www.oxu.az