Kanadanın “Cirque du Soleil” şirkəti onun üçün yazılmış kompozisiyasının amerikalı müğənni Castin Timberleyki öz hitlərinin birində istifadə etdiyi üçün məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, Timberleykin “Don't Hold the Wall” mahnısı 2013-cü ildə “20/20” albomunun tərkibində olub. Bu albomun diski iki milyondan çox tiraj ilə satılıb.
Məşhur şouların təşkilatçı şirkəti hesab edir ki, bu mahnıda 1997-ci ildə yaradılan “Cirque du Soleil” albomundakı “Steel Dream” kompozisiyasının bir qismi istifadə edilib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
İddia ərizəsi Nyu-York məhkəmələrindən birinə verilib. Müəllif hüquqlarının pozulmasına görə dəyən zərərin minimal məbləği 800 min dollardır.