“Bu şəhərdə” komandasının aktyorları - Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov, ssenarist və prodüser Müşviq Abbasov, aparıcı Afaq Gəncəli, Xalq artisti Aygün Kazımova, müğənni-bəstəkar Rəhim Rəhimli “Xəzər” televiziyasında yayımlanan “Nəsib olsa” verilişinin qonağı olublar.
Oxu.Az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən C.Rəhimov sentyabrın 6-da etdirdiyi üçüncü cərrahi əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Aktyor səhhətinin yaxşı olduğunu və “Bu şəhərdə”nin yeni konsert proqramına hazırlaşdığını bildirib.

Aytən Sadıqzadə
www.oxu.az