Hindistanın Heydərabad şəhərində "Miss World" gözəllik müsabiqəsində Tailand gözəli Suçata Çuanqsri qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat verir.

İkinci yerə Efiopiya gözəli Hasset Drij Admassu, üçüncü yerə polşalı Maya Klayda layiq görülüb.
Bu il müsabiqədə 108 ölkədən qızlar iştirak edib.
