Türkiyəli tanınmış model, aktyor Tolgahan Sayışman bir müddətdir birlikdə olduğu albaniyalı model və aktrisa Almeda Abazi ilə Los-Ancelesdə evlənib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Beverli-Hillsdəki hotellərdən birində reallaşan toy mərasimində 40 nəfər qonaq iştirak edib.


Qeyd edək ki, T.Sayışman 2005-ci ildə Türkiyəni təmsil edərək Cənubi Koreyada reallaşan, kişilər arasında keçirilən beynəlxalq model yarışması “Manhunt International”da birinci seçilib.



A.Abazi isə “Miss Globe İnternational - 2008”-in qalibi olub.



Aytən Sadıqzadə
www.oxu.az