“Eagles” rok-qrupunun təsisçilərindən biri Qlenn Fray 67 yaşında vəfat edib, CBS məlumat yayıb.
Qlenn Fray Don Henli ilə 1971-ci ildə qrup yaradıb və karyerası boyu onun fəaliyyətində iştirak edib. O, gitarada çalırdı və vokalçılardan biri idi.
Bundan başqa, 1980-ci ildə musiqiçi öz solo karyerasına başlayıb.
“Sözlər nə kədərimizi onun bizə, ailəyə, eləcə də musiqi dünyasına və milyonlarla fanatına bəxş etdiklərinə qarşı məhəbbətimizi və hörmətimizi ifadə edə bilməz”, - qrupun saytında yerləşdirilən məlumatda bildirilir.
Yaxınlarının verdikləri məlumatda son həftələrdə kişinin revmatiod artrit və pnevmoniyadan əziyyət çəkdiyi dəqiqləşdirilir.
Orada Frayın müəllifi olduğu “It's Your World Now” mahnısının sözləri də qeyd edilib:
“Mənim yarışım davam edir, mən yolumu davam edirəm, doğan günəş kimi. Nə vida, nə də göz yaşı, səndə hər şey yaxşı olacaq, indi bu sənin dünyandır”.
Daha öncə britaniyalı müğənni Devid Bouyinin son albomu çıxdıqdan iki gün sonra 70 yaşında vəfat etdiyi barədə məlumat yayılmışdı.
2015-ci ilin sonunda daha bir rok-musiqiçi “Motorhead” qrupunun lideri Lemmi Kilmister vəfat edib.