Bir müddət öncə Space televiziyasından uzaqlaşan əməkdar artist, aktyor Əkbər Əlizadə yenidən keçmiş iş yerinə qayıdıb.
Oxu.Az AzNews.az-a istinadla xəbər verir ki, bu gün onun ilk iş günü olub:
“Hər şənbə günləri Space televiziyasının efirində qeyd olunan sənətkar ad günlərinin, benefis və yaradıcılıq gecələrinin aparıcısı olacağam. Bu şənbə sevimli aktrisamız, xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. Verilişə hər həftənin şənbə günü saat 8-də baxa bilərsiniz”.