Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 2014-cü il yanvar-aprel ayı üçün 5,48% artıb.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə “Global Sats” statistika mərkəzi bildirir.
Keçən ilin analoji dövrü ilə müqayisədə Facebook auditoriyası 3,15 faiz artıb.
Facebook Azərbaycanda ən populyar sosial şəbəkədir, sosial medianın 68,63 faizi bu şəbəkəyə aiddir.
Hesabat dövründə Twitter sosial şəbəkəsinin istifadəçilərinin sayında azalma qeydə alınıb. Bu dövrdə Twitter-in payı 22,74 faiz azalaraq 8,97 faiz təşkil edib. Bu da 2013-cü ilin analoji dövr göstəricisindən 23,92 faiz azdır.
Yanvar-apreldə YouTube istifadəçilərinin sayı 30,54 faiz artıb. YouTube-un Azərbaycanda bazar payı 8,59 faiz təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə YouTube-un auditoriyası 33,93 faiz azalıb.
Odnoklassniki sosial şəbəkəsinin istifadəçilərinin sayı 38,91 faiz azalıb. Bu sosial şəbəkənin bazar payı 3,47 faizdir.
Sonrakı yerləri Pinterest (2,8 faiz) və Vkontakte (1,68 faiz) tutur.
İstifadəçilərinin sayına görə Odnoklassniki sosial medianın 4,15 faiz sahib olan Tumbir-dən geri qalır. (Trend)