Müğənni Elton Hüseynəliyev xalq artisti Aygün Kazımova ilə arasında yaşanan qalmaqala sosial şəbəkə vasitəsilə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, ifaçı İnstaqram səhifəsində bunları yazıb:
“Həyat davam edir. Hələ müsahibələr və müharibələr çox olacaq. Əsas odur ki, kiminsə hesabına bu dünyaya gəlmədik. Öz zəhmətimizlə, əziyyətimizlə gəldik. İmkan vermərəm kimsə mənimlə təhqirlə danışsın. Onlarla lazim olan yerdə görüşəcəyik. Müsahibədə nə demişəmsə hamısının arxasındayam. Hər şey kənardan göründüyü kimi deyil. Həqiqətlər açılacaq”.