Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elza Vasifin paxırını açdı: “Onu az pula toya çağırdım, gəlmədi” - VİDEO
Əməkdar artist Elza Seyidcahan həmkarı Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı qalmaqallı açıqlama verib.
Bizim.media xəbər verir ki, Elza qonaq olduğu verilişlərin birində Vasifi yaxınının məclisinə az qonorara çağırsa da, Məhərrəmli orada çıxış etməkdən imtina etdiyini deyib.
“Vasiflə bir yerdə Milli Konservatoriyada oxumuşuq. Qazaxdakı evlərində qonaq da olmuşam. O, məndən xahiş etsə, gəlib toyda pulsuz oxuyaram. Amma mən heç zaman sənət dostlarımı pulsuz toya çağırmaram. Amma həmkarlarım var ki, ifaçıları pulsuz çıxış etməyə məclislərə çağırırlar.
Musiqiçini pulsuz toya çağırmaq günahdır. Nəyi bacarırsan, o pulu da verməlisən. Bəzi ifaçılar var, deyirlər ki, mənim o az qonorara ehtiyacım yoxdur. Havayı gəlib oxuyaram, amma cibimə o məbləğdə olan qonorarı qoyma. Onlar anlamırlar ki, zaman gələr, sən o az dediyin pula möhtac olarsan. O pulu belə tapa bilmərsən.
Vasifi bu yaxınlarda toya çağırdım. Söylədi ki, pulsuz gəlib oxuyaram, amma o az qonorara gəlmərəm. Mən də heç Vasifi o toya çağırmadım da. Dedim ki, yaxın insandır, onun pulu azdır. Mən də hörmət edib, elə o qiymətə onun toyuna gedirəm. Vasif cavab verdi ki, mənim qonorarım bu qədərdir. Yəqin Vasifin az qonorara ehtiyacı yoxdur.
Ona görə gəlməkdən imtina etdi. Heç zaman Allahın verdiyi ruziyə üz çevirməyin. Zaman gələr, o ruziyə, pula möhtac olarsınız. Ruzidir, xalqımızın varlısı, ortası, kasıbı da var. Demək, kasıb xalqımın nümayəndəsi məni toyuna çağırırsa, getməli deyiləm?!” - deyə Elza əsəbi halda fikirlərini dilə gətirib.
Rəylər