“Natiq” ritm qrupunun rəhbərci, Əməkdar artist Natiq Şirinov səhhəti barədə danışıb.
Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, nağara ifaçısı bildirib ki, bir müddət öncə damarları çürüyürmüş.
“Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum. Çox nağara çalmaqdan olub. Bir dəfə də nağaranın kənarı sümüyə dəydi, damarlar tutuldu. Əməliyyat İranda baş tutdu. Canımı verən də, alan da Allahdır. Bilirəm ki, elə bununla da gedəcəyəm”, - deyə o bildirib.

A.S.
www.oxu.az