Rusiyanın “RU TV” kanalı ən böyük musiqi mükafatının yeni nominantlarının siyahısını açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, siyahıda müğənni-bəstəkar Emin də yer alıb. O, beş nominasiya üzrə - “Ən yaxşı duet” (Svetlana Loboda – “Smotriş v nebo”), “Ən yaxşı mahnı” (“Ya luçşe vsex jivu”), “Ən yaxşı müğənni”, “Ən yaxşı konsert proqramı”, “Sevənlər və sevməyənlər” çıxış edəcək.
Telekanalın rəsmi internet saytına daxil olaraq, istənilən məşhura səs vermək mümkündür.
Mükafatlandırma mərasimi mayın 23-də Moskvada “Crocus City Hall”da baş tutacaq.
