Xalq artisti Faiq Ağayev “APA TV”-nin “Show time” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, F.Ağayev Əməkdar artist Ədalət Şükürovun “Azərbaycanda konsertdən qazanan müğənni yoxdur” fikrinə münasibət bildirib.
“Ədalət bunu ancaq özü üçün danışa bilər. Hər bir konsertin sənədləri var. Biz müğənnilərin VÖEN-i var. Əgər mən konsertdən vergi ödəyirəmsə, deməli, pul qazanıram. Söhbət Ədalətdən getmir, Ədalət yaxşı oğlandır. Bu sözləri deyənlər naşı insanlardır, konsert keçirməyi bacarmayanlardır. Azərbaycanda 3 müğənni var ki, konsertdən pul qazana bilirlər. Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü isə deməsəm də, olar”, - deyə o söyləyib.
A.S.
www.oxu.az