Müğənni Damla “Qürur” mahnısına çəkilmiş klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, sözləri və musiqisi Tural Bayraməliyevə məxsus olan bəstəni Natiq Novruzov ekranlaşdırıb.
T.Bayraməliyev saytımıza açıqlamasında mahnının Damlanın ifasında qısa zamanda sevildiyini bildirib:
“Mahnı sosial şəbəkələrdə qısa zamanda milyonlarla dinləyici qazandı. Bu tələbatdan da klip ərsəyə gəldi”.
Damla isə Oxu.Az-a müsahibəsində bildirib ki, bu mövsüm Röya, Günay İbrahimli və özündən başqa heç bir müğənni klip təqdim edə bilməyib.

Artıq “A” kateqoriyalı müğənnilərlə rəqabət apardığını deyən Damlanın şou-biznesdə iddiaları böyükdür:
“Bu gün mən sosial şəbəkələrin fenomeni hesab edilirəm. İnstagram səhifəm, mahnılarımın izləmə sayı bunun real göstəricisidir. Süni səs toplamağı qəti sevmirəm. İnsanlar mahnılarımı sevir. Rəqabətə başlamışam. İnşallah qısa zamanda, bir çox məşhur müğənnilərin edə bilməyəcini həyat keçirəcəyəm”.

O, sənəti ilə yanaşı, imicində də dəyişiklik etdiyini bildirib:
“Geyim tərzimi tez-tez dəyişirəm. Eyni formada qalmağı sevmirəm. Həm də arıqlamışam. Hazırda 54 kiloqramam. Bu şəkildə irəliyə doğru addımlayıram”.
Aytən Sadıqzadə
www.oxu.az