Türkiyəli aktrisa və müğənni Hülya Avşarın Gülben Ergenlə bağlı işlətdiyi ifadə şou-biznes aləmində gündəm olub.
Belə ki, 58 yaşlı Hülya Avşar iştirak etdiyi proqramlardan birində “Gülben Ergenle duet oxuyardınız, yoxsa tennis oynayardınız?” sualına tennisdə rəqib görmədiyini satirik formada bildirib.
Sonra isə o, 49 yaşlı həmkarının “demode” (dəbsiz) olduğunu deyib.
Ergen isə sosial mediada geniş müzakirələrə səbəb olan məsələyə cavab kimi “Instagram” hesabından paylaşım edib.
O, pərəstişkarları ilə fotosuna aşağıdakı qeydləri edib:
“Onlar digər insanı dəyərdən salmaq cəhdinin onlara heç nə əlavə etməyəcəyini bilən dəyərli qadınlardır. Ona görə də bu qədər real və səmimidirlər”.
View this post on InstagramMənbə: Haber Türk
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə sərhədində qeyri-adi qaçaqmalçılıq cəhdi üzə çıxdı - Video
- Taylandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar
- İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
- Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto
- İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt: Sütununda aşkarlanan balıqqulağı diqqət çəkdi - Foto
Digər xəbərlər