Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gülyanaq Məmmədova: “O məni xoşbəxt qadın, ana edib”
Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya bəydən bəhs edib.
Bu haqda “ATV maqazin onlarla”ya danışan müğənni ərinə mahnı həsr etdiyini söyləyib. O, həyat yoldaşının mənfi xüsusiyyətlərindən söz açıb:
“Sənsiz” mahnısını yoldaşıma həsr etmişəm. Mənsiz yaşaya bilməz, məni hədsiz çox sevir. Mən də onu sevirəm. Sevib alıb. Çünki başım sənətə qarışmışdı. Məni xoşbəxt qadın, ana edib. Ona dörd övlad bəxş etmişəm, bundan gözəl nə ola bilər.
Rəqs etməyi sevmir. Arada öz məclislərimizdə ola bilər. Ciddi xasiyyəti var. Evində zarafat edər, deyib-gülər. Amma kənarda heç vaxt.
Onun ən böyük hədiyyəsi mən, mənim üçün isə odur. Başqa hədiyyələri isə ummuram. Ad günlərində, özəl günlərdə olanları hədiyyə hesab etmirəm. Önəmlisi can sağlığıdır. Hər bir gəncə arzulayıram ki, sənətlə bahəm ailəsi də olsun”.
Rəylər