Müğənni Günay İbrahimli "Huzur" mahnısına klip çəkdirib.
Ekran işi hal-hazırda montaj prosesində olsa da, kamera arxası baş verənləri ifaçı Oxu.Az-a danışdı:
"Mahnının musiqisi və sözləri Tural Bayraməliyevə aiddir. Rejissor Aqil M.Quliyevdir, operatorumuz Pilonski Moskvadan gəlib. Klipin prodüseri Toma Hüseynəliyevadır. Fotoqraflarımız Fərhad Tamerlan Nicat və Fuad çox əziyət çəkdilər. Klip çəkilişi düz 17 saat çəkdi. Çəkiliş meydançasına xüsusi texnika gətirilib. Hətta yeni klipimiz “Avatar” filmində istifadə olunan kamera ilə çəkilib. Çəkilişin bir hissəsi hava limanında oldu. Aqil məni ağlatdı, çox maraqlı klip alınıb. Bu yaxınlarda sevənlərimə təqdim edəcəyəm. İnanıram ki, bəyəniləcək".
Klip çəkilişindən fotoları təqdim edirik.
Aytən Sadıqzadə