Teleaparıcı Hacı Nuran Hüseynov ATV-də yayımlanan “Maşın” şouda qonaq olarkən Xalq artisti Ramiz Əzizbəylinin səhhəti barəsində məlumat verib və onun xarici ölkələrin birində əməliyyata ehtiyacı olduğunu söyləyib.
Oxu.Az xəbər verir ki, o, ötən gün yayımlanan verilişdə “Xalq artisti Ramiz Əzizbəyli uzun müddətdir ki, ağır xəstədir. Bir tərəfi iflic olub. Rahat yeriyə bilmir. Beynində problem var. Xaricdə əməliyyat olunmalıdır”, - deyib.
Hacı Nuran Hüseynov ATV-də nümayiş olunan “Həyat” Xeyriyyə Fondu və “Həyat” verilişinin R.Əzizbəyliyə dəstək olacağını bildirib.
Kadrlara 33.50-ci dəqiqədən baxmaq mümkündür.
Xatırladaq ki, H.N.Hüseynov Oxu.Az-a müsahibəsində bildirib ki, “Həyat” adlı böyük fond yaradılıb: “Həyat” proqramı da həmin fondun bir layihəsidir. Veriliş zamanı ekranda nömrə nümayiş olunacaq, onunla əlaqə saxlayaraq xəstə insanlara yardım etmək mümkün olacaq".
Aytən Sadıqzadə
www.oxu.az