Azərbaycan və Dağıstan Respublikalarının xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, İlhamə xanım Quliyeva son zamanlar gündəmi zəbt edən mövzu - toylarda müğənnilərin süni qiymət artımı ilə bağlı çox maraqlı fikirlər söyləyib.
Oxu.Az xəbər verir ki, xalq artisti İlhamə Quliyeva mediaya müğənnilərin Yeni il qabağı toy qiymətlərinin qaldırması ilə əlaqədar bunları deyib:
“O ifaçılar cırtdan müğənnilərdir. Təbii ki, hamı kimin qiymətinin nə olduğunu yaxşı bilir. Onları ölkədə heç kim tanımır və bunu ört-basdır etmək üçün özlərindən qiymət uydururlar”.
“Mən heç vaxt pul qarşılığında toylara getməmişəm. Çünki mən sənətkaram, sənətimin vurğunuyam və qiymətim yoxdur”.
Aytən Sadıqzadə
www.oxu.az