Londonda “MTV Europe Music Awards” (“EMA”) mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az “MTV Europe Music Awards”ın rəsmi saytına istinadla xəbər verir ki, 19 yaşlı kanadalı ifaçı Şon Mendes “Ən yaxşı müğənni”, “Ən yaxşı mahnı” (“There’s Nothing Holding Me Back”), “Ən böyük fan bazası” nominasiyaları üzrə qalib olub.
“İlin ən yaxşı hip-pop ifaçısı” adına Eminem layiq görülüb. “Ən yaxşı rok qrupu” “Coldplay” seçilib. Müğənni Kamilla Kabello “Ən yaxşı pop musiqiçi” adını qazanıb. Qaliblərin tam siyahısına “MTV Europe Music Awards”ın rəsmi saytında baxmaq mümkündür.
Qeyd edək ki, “MTV Europe Music Award” 1994-cü ildən təşkil edilir. Qaliblər mükafatlandırma mərasiminin rəsmi saytında internet səsverməsi yolu ilə müəyyənləşdirilir.
Aytən Sadıqzadə
www.oxu.az