Xalq artisti Aygün Kazımovanın qızı İlqarə dünən doğum gününü qeyd edib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, 23 yaşı tamam olan İlqarə həmin gün dostlarının əhatəsində olub.
Şəhər restoranlarının birində baş tutan mərasimə səbəbkarın yaxınları qatılıb. Qeyd edək ki, Aygün Kazımova Türkiyədə olduğu üçün mərasimdə iştirak edə bilməyib.