Ukraynanı dəstəkləməsi səbəbindən Rusiyadakı konsertləri ləğv edilən Jah Khalib bu barədə açıqlama verib.
Qazaxıstanda fəaliyyət göstərən, azərbaycanəsilli hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədov vəziyyəti “Instagram” hesabında şərh edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Dövlət Dumasının deputatlarının istinad etdiyi paylaşım bir il əvvəl dərc edilib:
“Son bir neçə gündə oxuduqlarınızın hamısı yalandır. Ətrafında ajiotaj yaranan paylaşım bir ildən əvvəl dərc olunub. Bu, çətin anda mənə və səkkiz aylıq hamilə olan həyat yoldaşıma bomba sığınacağından təxliyə edilib Qazaxıstana salamat çatmağa kömək edən Ukraynadan olan sadə insanlara minnətdarlıq paylaşımıdır. Nəticədə, Uca Tanrıya həmd olsun, qızım sağ-salamat dünyaya gəldi, bir ildir onunla doğma Almatıda yaşayırıq”.
Rəylər