Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Jah Khalibin Sankt-Peterburqdakı konserti Ukraynaya dəstəyindən sonra ləğv edildi
Daha çox Jah Khalib kimi məşhur olan hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədovun Rusiyanın Sankt-Peterburq şəhərindəki “M-1 Arena” idman kompleksində aprelin 25-nə planlaşdırılan konserti ləğv edilib.
Məlumata görə, konsertin ləğvi ilə bağlı göstəriş onun keçirildiyi məkanın rəhbərliyindən gəlib.
Musiqiçinin çıxışının ləğvi sosial şəbəkələrdə etirazlarla əlaqələndirilir. İstifadəçilər Rusiyanın işğalı başlayandan sonra Ukraynaya açıq dəstək verən Jah Khalibin konsertlərini ləğv etməyə çağırıblar.
O, sosial şəbəkə hesablarında “İndi mən sizi nəinki sevirəm, həm də sizə heyranam” sözləri ilə Ukrayna xalqına dəstək olub.
Qeyd edək ki, azərbaycanəsilli ifaçı Qazaxıstanda fəaliyyət göstərir.
Rəylər