İki uşaq anası 46 yaşlı Jennifer Lopez “Us Weekly” jurnalına müsahibə verib.

Oxu.Az xəbər verir ki, dünyaca məşhur ulduz dərgiyə gözəllik sirlərindən danışıb.
Lopez formada qalmaq üçün nizamlı olaraq səy göstərdiyini, yalnız qidalanmasına deyil, atdığı hər addımına diqqət etdiyini söyləyib.

Müğənni spirtli içki və siqaretdən uzaq olduğunu deyib.
O, qida rasionunda yaşıl tərəvəzlərə üstünlük verdiyini sözlərinə əlavə edib:
“Evdə çoxlu miqdarda yaşıl tərəvəz yeyirik. Əkizlərim də bu cür yeməkləri çox xoşlayırlar. Evimizdə ən çox yediyimiz tərəvəzlər isə brokoli, Brüssel kələmi, quşqonmaz, kələmdir”.

Yemək bişirməyi sevdiyini də deyən Lopez hər fürsətdə mətbəxə keçdiyini söyləyib:
“Yemək bişirməyi sevirəm. Xüsusilə də Porto-Riko yeməklərinə heyranam”.

Jennifer Lopez bütün bunlarla yanaşı Nyu-York və Los-Ancelesdə olmaqla iki nəfər idman müəlliminin olduğunu da deyib.

Eyni zamanda dərisini günəşdən qoruduğunu da bildirib:
“Heç bir zaman günəş şüalarının təsirinə çox məruz qalmamışam. Günəş altında qalmıram, lazım gəldikdə qoruyucu kremlərdən istifadə edirəm”.

“10 saat yatanda özümü yaxşı hiss edirəm. Amma buna hər zaman vaxt tapa bilmirəm. Bəzən 7 saat yuxuyla kifayətlənmək məcburiyyətində qalıram”,- deyə ifaçı bildirib.
Aytən Sadıqzadə
www.oxu.az