Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kənan MM əsgərlikdən qaçıb? - VİDEO
ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı rejissor Kənan Mahmudov olub.
Tanınmış rejissor əsgərlikdə olduğu zaman komandirini aldatdığını etiraf edib:
“Əsgərlik zamanı icazə alıb Bakıya gəlmək istəyirdim. Həm diplomumu alıb hərbi hissəyə təhvil verməli idim, həm də Vəfa Zeynalovanın əkiz övladları dünyaya gəlmişdi. Görüşmək istəyirdik. Çünki İzzət Bağırov, Sevda Ələkbərzadə, Vəfa Zeynalova ilə tələbə vaxtı çox mehriban idik. Hərbi hissənin yaxınlığında telefon xəttinin getdiyi dirəklər vardı. Komandirin otağına gedən xətti tapıb ona zəng vurdum. Səsimi dəyişib komandirlə danışdım. Mənə 15 gün icazə verdi. Evə gəlib dedim ki, Bakıya gedirəm. Gəlib Vəfagillə görüşdüm. O zamanlar Zövqü adlı dostum vardı. Bakıda işlərim yaxşı deyildi deyə Naxçıvana qayıtmaq istəyirdim. O mənim biletimi cırdı, qoymadı qayıdam. Əgər Zövqü biletimi cırmasaydı bu gün Kənan MM olmazdım”.
"Sevda Ələkbərzadə" teqi üzrə xəbərlər
- "Məndən pul alıb, saxta sənədlər verdilər" - Sevdaya qarşı dələduzluq
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Əməkdar artistlər 20 ildən sonra barışdılar - VİDEO
- Əməkdar artist Sevda Ələkbərzadə: “Bütün xalqımızı təbrik edirəm”
- Sevda Ələkbərzadənin Türkiyə konserti baş tutdu - VİDEO
Rəylər