Xəstəxanaya yerləşdirilən xalq artisti İlhamə Quliyevaya küsülü olduğu həmkarı Aygün Kazımova baş çəkib.
Oxu.Az xəbər verir ki, bir müddətdir küsülü olan xalq artistləri elə oradaca barışıb.
Azərbaycan və Dağıstan Respublikalarının xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, İlhamə xanım Quliyevaya baş çəkənlər arasında prodüser Tolik, əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova, opera ifaçısı Ülvi Qılınc da olub.
Aytən Sadıqzadə
www.oxu.az