Müğənni Lətifə Soyuöz "ARB TV"-nin “Boş anlar” proqramının qonağı olub.
Oxu.Az xəbər verir ki, müğənni şəxsi həyatı barədə etiraflar edib.
“Boşanma böyük problemdir, amma ölüm deyil. Deyərlər ki, Lətifə Soyuöz, sən özün 3 il nişanlı, 7 il ailəli olmusan. Amma insanlar bir evin içinə girməyənə qədər bir-birini tanıya bilmir”, - deyə o bildirib.
A.S.
www.oxu.az