Lider TV-də yayımlanan “Zəif Bənd” verilişinin qalibi Fuad Rəsulzadə udduğu pulu ala bilmir.
Oxu.Az xəbər verir ki, bu barədə o Qafqazinfo-ya açıqlamasında deyib. F.Rəsulzadə bildirib ki, o, 2013-cü ilin avqustunda “Zəif Bənd”də oynayıb və qalib gələrək 2250 AZN udub. Verilişin özü isə 02.03.2014-cü il tarixində efirə gedib:
“Bizə oyundan əvvəl imzalanan müqavilədə belə bir bənd vardı ki, veriliş efirə gedən gündən sonra 3 ay ərzində udulan məbləğ verilir. Amma martın 2-dən artıq 4 aya yaxın müddət keçib. Nə vaxt Lider TV-yə gedirəmsə deyirlər pul yoxdu, get sentyabrda gəl. Telefon zənglərimə də məsul şəxslərdən heç kim cavab vermir”.
F.Rəsulzadənin qalib gəldiyi oyunun videosunu təqdim edirik: