Xəbər verdiyimiz kimi 14 dekabr saat 23.00 ATV kanalında “Maşın” realiti şou başlayır.
Oxu.Az xəbər verir ki, artıq realiti şounun anonsu hazırdır. Anons “Dahi Qetsbi”filminə uyğun ekranlaşdırılıb.
Anonsda Səma Rəsulovanın “Venera” agentliyinin modelləri və Nailə Məmmədzadənin “Azərbaycan mirvarisi” rəqs kollektivi çəkilib.
Qeyd edək ki, “Möhtəşəm Maşın” layihəsi “M Group Production”nın istehsalıdır.