“Maşın”da günün yekunu açıqlanıb.
Oxu.Az xəbər verir ki, aparıcı M.Dadaşov səsvermənin nəticələrini açıqlamaq üçün Lalə Mustafayevanı tribunaya dəvət edib.
O, səsverməyə “stop” deyərək səslərin hesablanmasını gözləyib.
Bir neçə saniyədən sonra Lalənin oyunda qalması öz təsdiqini tapıb. O, 51,24% səs toplayaraq şouda iştirakını davam etdirib.
“Söz vermişdim ki, heç kəsi oyundan çıxartmayacağam. Sözümün də üstündə dururam. Mən güclü qadınam”, - deyən Lalə tamaşaçılara onu şouda saxladıqlarına görə təşəkkürünü bildirib.
Beləliklə, bu gecə oyundan gedən yalnız müğənni Niyam Salami olub.
Şou dörd iştirakçı ilə bu gün axşam saat 22:00-dan etibarən davam edəcək.
Böyük finala kimin çıxacağı isə bu gün axşam canlı yayımda bəlli olacaq.
Rəşad Əliyev